"ADEX-2016" ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə bağlı mətbuat konfransı keçirildi
Sentyabrın 22-də “Hilton Baku” otelində Müdafiə Sənayesi Nazirliyinin rəsmi təşəbbüsü ilə təşkil olunan "ADEX-2016" ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin açılışına dair mətbuat konfransı keçirildi.
Tədbirdə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “ADEX-2016” Beynəlxalq müdafiə sərgisi ilə bağlı yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə geniş məlumat verdi.
Bildirdi ki, “ADEX-2016” sərgisinin keçirilməsi üçün Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə aidiyyəti qurumlarla birlikdə təşkilat komitəsi yaradılıb. Nazirlik tərəfindən sərginin tanıdılması məqsədi ilə xarici ölkələrdə təbliğat işləri aparılıb, beynəlxalq şirkətlər sərgidə iştiraka dəvət edilib. Artıq sərginin təşkili ilə bağlı işlər yekunlaşıb. Sərgi sentyabrın 27-də öz işinə başlayacaq və dörd gün davam edəcək.
Nazir müavini qeyd etdi ki, “ADEX-2016” sərgisində dünyanın 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edəcək. Ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Sərgidə bu qədər şirkətin iştirak etməsi Azərbaycanın regionda və dünyada dinamik inkişaf edən dövlət olmasını göstərir.
“ADEX-2016” sərgisində Müdafiə Sənayesi Nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar da nümayiş etdiriləcəkdir.
Yəhya Musayev bildirdi ki, Respublika Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi 2009-cu ildə ilk qatıldığı beynəlxalq sərgidə 27 adda məmulatla təmsil olunurdusa “ADEX-2016” sərgisində 260 addan çox müdafiə təyinatlı məmulat nümayiş etdirəcəkdir.
Ötən sərgidə müşahidə olunan böyük marağı nəzərə alaraq bu sərgidə - “ADEX-2016” sərgisində iş müddəti bir gün artırılaraq dörd günə qaldırılıb.
Tədbirdə nazir müavini KİV nümayəndələrinin suallarını da cavablandırdı.
Oxşar yazılar
24.09.2026, 10:33
Növbəti "ADEX-2026” və “Securex Caspian” sərgilərinin tarixi bəlli oldu
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb