Etik Davranış

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 
28 avqust 2007-ci il tarixli 300 №-li Əmri ilə təsdiq edilmişdir

Sənədİ yüklə

Sənədin əsas məqsədi

Dövlət qulluqçularının etik davranışını tənzimləmək

Şəffaflıq və peşəkarlıq səviyyəsini artırmaq

Korrupsiya və maraqların toqquşmasının qarşısını almaq

Ümumi müddəalar

1. «Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Əsasnamə (bundan sonra - Əsasnamə) Nazirliyin mərkəzi aparatında çalışan dövlət qulluqçularının (bundan sonra - dövlət qulluqçuları) qanunun aliliyinə, insan hüquqlarına, demokratik prinsiplərə və yüksək etik davranış qaydalarına, eləcə də  «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının 31 may 2007-ci il tarixli, 352-IIIQ nömrəli Qanununa əməl olunmasını təmin edir.
 
2. Bu Əsasnamə dövlət qulluqçuları tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsi zamanı şəffaflığın təmin olunmasını, təsirdən azad olmanı, xidməti şərəfin qorunmasına yönələn xüsusi tədbirlərin görülməsini və ictimai mənafeyin üstünlüyünü təmin etmək məqsədi üçün nəzərdə tutur.
 
3. Bu Əsasnamə Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrın, sazişlərın və konvensiyaların müddəalarını pozmamaq şərti ilə, onlara uyğun olaraq hazırlanmışdır.
 
4. Bu Əsasnamənin müddəaları əsasən etik əhəmiyyət kəsb edir. Bu səviyyədə həmin müddəalara riayət edilməməsi digər hallarda istənilən nəticələrin mümkün olan araşdırılmasına xələl gətirməyən daxili məsələ hesab edilir.