Xüsusi texnika və texnologiya fakültəsinin məzunlarının təyinat bölgüsü aparıldı
Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müssisələrini xüsusi ixtisaslı mühəndis kadrlarla təmin etmək məqsədilə nazirliyin təşəbbüsü ilə Azərbaycan Texniki Universitetində (AzTU) yaradılmış Xüsusi texnika və texnologiya fakültəsinin məzunlarının işlə təmin olunmasına dair iki qurum arasında yaradılmış birgə komissiyanın növbəti iclası keçirildi. İclasda komissiya üzvləri ilə yanaşı Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin rəhbər şəxsləri də iştirak edirdilər.
Komissiyanın iclasında Xüsusi texnika və texnologiya fakültəsinin 2018-ci il məzunları arasında ixtisas üzrə bölgü aparıldı. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində işlə təmin olunması üçün ixtisası, təhsildəki göstəricisi və istəyi nəzərə alınmaqla 44 məzun seçildi. Seçilən məzunlar arasında bu il hərbi xidməti başa vurmuş gənclər də oldu. Seçim zamanı Xüsusi texnika və texnologiya fakültəsinin magistratura pilləsində təhsil alan tələbələrin təyinatı isə ümumi razılıq əsasında Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Еlmi İstehsalat Müəssisəsinə verildi.
İclasda bildirildi ki, 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə yaradılmış Xüsusi texnika və texnologiya fakültəsini ötən illərdə bitirən 117 məzun nazirliyin müəssisələrində işlə təmin olunmuş, hazırda yüksək ixtisaslı kardlar kimi fəaliyyətlərini davam etdirirlər.
İclasda AzTU-nun rektor vəzifəsini icra edən, professor Xalıq Yahudov bildirdi ki, Xüsusi texnika və texnologiya fakültəsi yarandığı gündən etibarən Müdafiə Sənayesi Nazirliyi tərəfindən bu fakültədə təhsil alan tələbələr üçün nazirliyin istehsal müəssisələrində lazımi avadanlıqlarla təchiz olunmuş xüsusi tədris otaqları yaradıldı. Tələbələrin seçdikləri peşəni dərindən öyrənmələri məqsədilə real istehsal prosesini yaxından izləmələri üçün lazımi şəraiti yaratmaqla yanaşı nazirlik tərəfindən əlaçı tələbələr üçün xüsusi təqaüdlər də verilir.
Xalıq Yahudov tələbələrə və eyni zamanda sahə üzrə yetişən gənc mütəxəssislərə ayrılan diqqət və qayğıya görə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirdi.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib