Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə “IDEF 2025” sərgisində iştirak edir
İyulun 22-də Türkiyə Respublikasının İstanbul şəhərində “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Sərginin ilk günü Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilib. Mərasimə müxtəlif ölkələrin, həmçinin Azərbaycanın rəsmi nümayəndə heyəti qatılıb.
“IDEF 2025” sərgisində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə MSN-in və Müdafiə Nazirliyinin rəsmi nümayəndə heyətləri, həmçinin “MİRAS”, “Q-STP”, “Synapline”, “USH Group”, “RD Smart” və “İmprotex” şirkətləri öz məhsulları ilə təmsil olunurlar.
Sərgidə MSN-in müəssisələrində istehsal edilən müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir. “IDEF 2025” sərgisində ilk dəfə olaraq MSN-ə məxsus modernizasiya olunmuş 7,62x54 mm-lik snayper tüfəngi, 2 növ 12,7x108 mm-lik iriçaplı piyada pulemyotu və 14,5x114 mm-lik iriçaplı pulemyot sərgilənir.
Səfər çərçivəsində nazir V.Mustafayevin bir neçə ölkənin dövlət rəsmiləri və iri şirkətlərin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, MSN “IDEF” sərgisində artıq 9-cu dəfədir ki, stendlə iştirak edir.
Sərgi iyulun 27-də başa çatacaq.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib