Vüqar Mustafayev Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçi ilə görüşüb
Yanvarın 17-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
V.Mustafayev qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edərək, bu işgüzar səfərin iki ölkə arasında əlaqələrin daha da inkişafına önəmli töhfə verəcəyinə əminliyini bildirib.
Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdafiə sənayesi sahəsinə göstərdiyi xüsusi diqqəti qonaqların nəzərinə çatdırıb. V.Mustafayev dövlətlərimiz arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi-texniki sahədə də sıx əməkdaşlıq əlaqələrinin mövcudluğundan və bu əlaqələrin gələcək inkişaf perspektivlərindən bəhs edib.
Görüş zamanı Türkiyənin müdafiə sənayesi şirkətləri ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıqların daha da inkişaf etdiriləcəyi vurğulanıb.
Səmimi qəbula görə minnətdarlığını ifadə edən C.S.Tüfekçi öz növbəsində V.Mustafayevi müdafiə sənayesi naziri təyin olunması münasibətilə təbrik edib və ona xidməti fəaliyyətində uğurlar arzulayıb.
Nazir müavini qardaş ölkə olaraq Azərbaycanın müdafiə sənayesi sahəsinin daha da inkişafı üçün lazım olan dəstəyi əsirgəməyəcəklərini diqqətə çatdırıb.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib