Vüqar Mustafayev Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclasında iştirak edib
Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində iyulun 23-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclasında iştirak edib. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Respublikaları təmsil olunublar.
İclasda çıxış edən nazir V.Mustafayev Azərbaycanın Türk Dövlətləri Təşkilatının əhəmiyyətini yüksək qiymətləndirdiyini və bu platformanın yalnız siyasi və iqtisadi deyil, eyni zamanda hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi üçün strateji fürsət olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, türk dövlətləri arasında müdafiə sənayesi sahəsində qurulacaq möhkəm əməkdaşlıq mexanizmləri ortaq təhlükəsizlik maraqlarını təmin etməklə yanaşı, milli müdafiə potensialının da gücləndirilməsinə xidmət edəcək.
Nazir Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin müdafiə sənayesi sahəsində birgə elmi-tədqiqat layihələrinin təşkili, texnoloji biliklərin mübadiləsi, mühəndis və texniki kadrların hazırlanması, qarşılıqlı təcrübə proqramları, həmçinin birgə istehsal kimi istiqamətlərdə böyük potensialının olduğunu vurğulayıb. Bu təşkilatın müdafiə sənayesi sahəsində Türk dövlətlərinin texnoloji asılılığını minimuma endirmək üçün zəruri platforma olduğunu bildirən V.Mustafayev ölkələrimiz arasında strateji əməkdaşlığın, həm də qlobal miqyasda sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını deyib.
İclasda müdafiə sənayesi sahəsində tərəfdaşlığın önəmindən danışılıb, hərbi-texniki sahədə əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib