Vüqar Mustafayev Pakistan İslam Respublikasının Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
Aprelin 8-də Bakıda Pakistan İslam Respublikasının Milli Günü münasibətilə tədbir keçirilib. Tədbirdə müdafiə sənayesi naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədri Vüqar Mustafayev iştirak edib.
Öncə hər iki ölkənin dövlət himni səsləndirilib.
Sonra Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin tədbir iştirakçılarını salamlayaraq, ölkələrimiz arasında olan dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, Azərbaycanla Pakistanın dövlətlərarası əlaqələrinin yüksələn xətlə davam etdiyini diqqətə çatdırıb. Səfir iki xalq arasında dərin tarixi, mədəni bağların, ortaq ənənələrin olduğunu qeyd edib.
Daha sonra müdafiə sənayesi naziri Vüqar Mustafayev çıxış edərək Azərbaycan Respublikası Prezidenti və Hökuməti adından Pakistan İslam Respublikasının Milli Günü münasibətilə səfir Qasım Mohiuddini və Pakistan xalqını təbrik edib.
O, ölkələrimiz arasında diplomatik əlaqələrin, strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu, dövlətlərarası münasibətlərin qarşılıqlı hörmət və etimad prinsipləri əsasında daha da möhkəmləndiyini bildirib.
Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
V.Mustafayev ötən il Bakı şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşün, həmçinin Baş nazir Məhəmməd Şahbaz Şərifin 2025-ci ilin fevral ayında ölkəmizə dövlət səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsinə və qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
O, Pakistanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini daim açıq şəkildə dəstəklədiyini qeyd edib və Pakistan Hökumətinin Ermənistanın işğalçılıq siyasətini sərt şəkildə qınayaraq, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini hər zaman ifadə etdiyini bildirib.
V.Mustafayev vurğulayıb ki, ölkələrimiz arasında münasibətlər yalnız siyasi sahədə deyil, həmçinin iqtisadiyyat, müdafiə, ticarət və digər sahələrdə də uğurla inkişaf edir.
Nazir bu ilin yanvar ayında İslamabad şəhərində Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının uğurla baş tutduğunu qeyd edərək, həmin iclasda müdafiə sənayesi ilə yanaşı, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunduğunu və yekun Protokolun imzalandığını diqqətə çatdırıb, Komissiyanın növbəti iclasının Bakı şəhərində keçirilməsinin planlaşdırıldığını deyib.
O bildirib ki, Azərbaycan müdafiə sənayesi sahəsində Pakistanla əməkdaşlığı daha da inkişaf etdirməyə, xüsusən də birgə istehsal, texnoloji tədqiqatlar və təlim sahələrinə diqqət yetirməyə böyük həvəs göstərir.
Sonda V.Mustafayev Azərbaycan-Pakistan münasibətlərinin sadəcə iki dövlət arasında strateji tərəfdaşlıqla məhdudlaşmadığını, eyni zamanda qardaşlıq və qarşılıqlı etimada əsaslanan bir dostluq modeli olduğunu diqqətə çatdırıb.
Tədbir bədii hissə ilə davam edib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib