Vüqar Mustafayev “IDEX 2025” sərgisində xarici şirkətlərin rəhbərləri ilə görüşüb
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində fevralın 18-də İspaniyanın “Escribano” şirkətinin prezidenti Xavier Escribano Ruiz və “İndra” şirkətinin sədri Angel Escribano Ruiz, həmçinin Çin Xalq Respublikasının “Norinco” şirkətinin prezidenti Çen Defan, İndoneziya Respublikasının “E-System Solutions FZ” şirkətinin icraçı direktoru Həbib Boukharouba ilə görüşüb.
Görüşlərdə şirkətlərin hərbi sənaye müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, bu sahədə qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti ilə İspaniyanın “Escribano” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, Çin Xalq Respublikasının “Norinco” şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalanıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib