Vüqar Mustafayev "ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra görüşlər keçirib
Sentyabrın 24-də “ADEX-2024” və "Securex Caspian" sərgiləri çərçivəsində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sərgi zamanı V.Mustafayev Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb. Müdafiə sənayesinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan birgə fəaliyyətlərin önəmindən bəhs edilən görüşdə iki ölkə arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr edilib.
Daha sonra V.Mustafayevin İsrailin Müdafiə Nazirliyinin SİBAT təşkilatının Baş direktorunun müavini xanım Shahar Horev Rachela və Regional direktoru xanım Yana Sherman ilə görüşü baş tutub.
Danışıqlar zamanı İsrailin hərbi sənaye kompleksi ilə mövcud əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, bu sahədə qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.
Nazir həmçinin Ruminya Respublikasının İqtisadiyyat, Sahibkarlıq və Turizm Nazirliyinin aparatının rəhbəri Rizvan Pirkilibesku ilə görüşüb.
Görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafının zəruriliyi vurğulanıb.
Qeyd edək ki, 3 gün davam edəcək “ADEX-2024” və "Securex Caspian" sərgiləri sentyabrın 26-da yekunlaşacaqdır.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib