Vüqar Mustafayev “ADEX-2024” və "Securex Caspian" sərgiləri çərçivəsində bir neçə ölkənin nümayəndə heyətləri ilə görüşüb
Sentyabrın 25-də “ADEX-2024” və “Securex Caspian” sərgiləri çərçivəsində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistanın müdafiə istehsalatı nazirinin müavini Muhammad Çiraq Haiderin və Serbiyanın müdafiə nazirinin köməkçisi Nenad Miloradoviçin başçılıq etdiyi nümayəndə heyətləri, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitriy Şuqayev, “Rosoboroneksport” şirkətinin Baş direktoru Aleksandr Mixeyev, həmçinin Çinin CPM İEC şirkətinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşlərdə qeyd edilən ölkələr və Azərbaycan arasında hərbi-texniki sahədə mövcud əlaqələr müzakirə edilib, müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafının zəruriliyi vurğulanıb, həmçinin beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirakın əhəmiyyətindən bəhs edilib. Danışıqlar zamanı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “ADEX-2024” və "Securex Caspian" sərgiləri sentyabrın 26-da yekunlaşacaqdır.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
24.09.2026, 10:33
Növbəti "ADEX-2026” və “Securex Caspian” sərgilərinin tarixi bəlli oldu
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb