"Vision 2022-Gələcəyin Milli Hərbi Sənaye kompleksi" layihəsi üzrə dəyirmi masa keçirilib
Sentyabrın 08-də Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l Müavini-Baş Mühəndis Əflatun Məmmədovun “moderator”luğu-aparıcılığı ilə ADEX22 sərgi proqramı çərçivəsində bu il ilk dəfə "Vision 2022- Gələcəyin Milli Hərbi Sənaye kompleksi" layihəsi üzrə konfrans-dəyirmi masa tədbiri keçirildi.
Dəyirmi masada, Elm və Təhsil Nazirliyinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Unversitetinin, Xəzər Universitetinin, o cümlədən Təhsil İnstitutunun alim və ekspertləri, eləcə də Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin, Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi ilə peşəkar mütəxəssis heyəti iştirak edib.
Tədbirdə, “ADEX-2022” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə texnologiyaları, robototexnika, kibertəhlükəsizlik və digər müdafiə sənayesi ilə əlaqəli sahələrdə fəaliyyət göstərən startaplara, müxtəlif layihələrə, texnopark və ali təhsil ocaqlarına öz həllərini, məhsul və işlərini təqdim etmək üçün stendlərin ayrıldığı xüsusi vurğulanıb.
Həmçinin, ölkəmizdə bu sahənin inkişafına təkan vermək, sərginin yaratdığı işgüzar mühitdən gənc ixtiraçıların faydalanmasına şərait yaratmaq, onları həvəsləndirmək, startapçıların yerli və xarici müəssisə nümayəndələri, o cümlədən iş dünyası ilə yaxından əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.
Konfransın sonunda müdafiə sənayesi sahəsi üzrə yeni çağırışları, birgə səyləri və potensial imkanları müzakirə etmək, eyni məqsədlərə köklənmək, startaplar və istehsalat müəssisələri ilə daha sıx və tətbiqi əməkdaşlıq qurmaq, özəl-dövlət-təhsil ocağı tərəfdaşlığını genişləndirmək və gələcək addımları müəyyən etmək istiqamətində birgə əməkdaşlığın zəruriliyi xüsusi olaraq qeyd edilib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib