Ümummilli Liderin xatirəsinə həsr olunmuş şahmat və dama yarışları keçirilib
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılıb, bu sahənin infrastrukturunun gücləndirilməsi və idmançıların sosial müdafiəsinin səmərəli təşkili istiqamətində ciddi addımlar atılıb.
İdmana dövlət qayğısının göstərilməsi ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və müasirləşdirilməsi sahəsində böyük işlər görülüb. Belə ki, həmin dövrdə paytaxt və regionlarda müasir Olimpiya kompleksləri tikilib istifadəyə verilib, meydançalar salınıb, böyük idman-sağlamlıq mərkəzləri yaradılıb ki, bütün bunlar gənc nəslin vətənpərvər və sağlam ruhda tərbiyə edilməsinə böyük təkan verib.
Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının gerçəkləşdirilməsi prosesi daha da sürətlənib. Bu gün öz tarixinin şərəfli inkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanda Ulu Öndər Heydər Əliyevin çoxşaxəli siyasət strategiyası onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Hər il olduğu kimi, bu il də Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ərəfəsində onun əziz xatirəsi ehtiramla yad edilir, silsilə tədbirlər, müxtəlif idman yarışları təşkil olunur. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Aparatında və tabeli qurumlarında çalışan əməkdaşları arasında bu əlamətdar tarixə həsr olunmuş şahmat və dama idman növləri üzrə turnirlər keçirilib. Yarışlarda fərqlənən iştirakçılar medal və kuboklarla təltif olunub, onlara diplom, suvenir və pul mükafatları təqdim edilib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib