Prezident İlham Əliyev: "Biz özümüzü bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik"
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev:
"Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür. Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.
Biz çox güclü hərbi sənaye kompleksi yaradırıq, artıq bunun birinci mərhələsi başa çatdı. İkinci mərhələsi daha genişmiqyaslı olacaq. Təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və biz özümüzü bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik, daha böyük həcmdə ixrac edəcəyik və bu sahədə də müəyyən dərəcədə, deyə bilərəm ki, böyük dərəcədə xarici asılılıqdan canımızı qurtaracağıq. Necə ki, siyasi sahədə, iqtisadi sahədə bizim xarici təsirə məruz qalma şansımız sıfra bərabərdir, çünki biz müstəqil siyasət aparırıq".
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib