Prezident İlham Əliyev: Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir
Hava hücumundan müdafiə sistemi, dronlar, artilleriya - bu amillərin birləşməsi, üstəlik, ilk növbədə, öz həyatlarını qurban verən əsgər və zabitlərimizin motivasiyası və cəsarəti çox çətin coğrafi şəraitdə qələbədə həlledici rol oynadı.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İspaniyanın “El Pais" qəzetinə müsahibəsində Azərbaycanın qələbəsini şərtləndirən amillərdən danışarkən bildirib.
Dövlətimizin başçısı deyib: “Sözsüz ki, bütün bunlar bizim qələbəmiz üçün təməl yaratdı. Dronlara gəlincə, biz onları almağa davam edirik. Müharibə başa çatandan sonra biz yeni modifikasiyalar almaq üçün yeni müqavilələr imzaladıq və qeyd etdiyiniz kimi, eyni zamanda, biz qırıcı, kamikadze deyil, kəşfiyyat dronları istehsal edirik və bu dronlar bazara çıxarılır. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir və biz artıq əsas ehtiyaclarımızı ödəyən hərbi sənaye kompleksini inkişaf etdirmişik. Biz bunu davam etdiririk, çünki qeyd etdiyim kimi, hələ də erməni revanşizmi təhlükəsi var, hələ də sabitliyin pozulması təhlükəsi var. Beləliklə, biz hər zaman sərhədlərimizi müdafiə etməyə hazır olmalıyıq”.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib