Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Yanvarın 24-də Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərif Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Pakistanda rəsmi səfərdə olan müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qardaş ölkənin Baş naziri Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq, Pakistan və Azərbaycan arasında yüksələn xətlə inkişaf edən uğurlu tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin getdikcə daha da dərinləşməsindən məmnunluğunu ifadə edib.
Göstərilən qonaqpərvərliyə, ikitərəfli münasibətlərin genişləndirilməsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirən Birgə Komissiyanın həmsədri, nazir V.Mustafayev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cənab Məhəmməd Şahbaz Şərifə və Pakistan xalqına səmimi salamlarını və ən xoş arzularını çatdırıb.
V.Mustafayev Azərbaycanın və Pakistanın dövlət başçılarının məqsədyönlü siyasəti və birgə səyləri nəticəsində ölkələrimiz arasında durmadan inkişaf edən tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələrinin xalqlarımızın rifahı və tərəqqisinə önəmli töhfələr verdiyini qeyd edib.
Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərif də öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan xalqına onun səmimi salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.
Görüşdə Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib, Azərbaycanın və Pakistanın çoxşaxəli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlərin uğurla aparıldığı vurğulanıb. Etibarlı tərəfdaş və qardaş ölkələrin dövlət mənafelərinin səmərəli təminatı istiqamətində qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib