Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Komissiyanın həmsədri, müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti Pakistan İslam Respublikasında rəsmi səfərdədir.
Yanvarın 23-də Pakistan İslam Respublikasının Prezidenti cənab Asif Əli Zərdari müdafiə sənayesi naziri V.Mustafayev ilə görüşüb. Görüşdə Komissiyanın üzvləri - xarici işlər nazirinin müavini Elnur Məmmədov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, energetika nazirinin müavini Kamal Abbasov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov iştirak ediblər.
Pakistanın prezidenti cənab Asif Əli Zərdari Azərbaycan nümayəndə heyətini Pakistanda salamlamaqdan məmnunluğunu ifadə edib, dost və qardaş ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Cənab Asif Əli Zərdari Pakistanın və Azərbaycanın mənafelərinin təmin olunmasına layiqli töhfələrini verən Birgə Komissiyanın fəaliyyətinə uğurlar arzulayıb.
Nazir V.Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistan prezidentinə və xalqına səmimi salamlarını və ən xoş arzularını çatdırıb.
Nazir Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti barədə məlumat verərək, bu təsisatın Azərbaycan və Pakistan arasında çoxşaxəli əməkdaşlığın inkişafında, müştərək məqsədlərin real nəticələrə çevrilməsinin təmin edilməsində mühüm rol oynadığını bildirib. V.Mustafayev Birgə Komissiya vasitəsilə qəbul olunan qərarların və əldə olunan razılaşmaların gələcəkdə ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
Səmimi şəraitdə davam edən görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib