Nazir Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti “MILEX 2025” sərgisində iştirak edir
Mayın 21-də Belarus Respublikasının Minsk şəhərində “MILEX 2025” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisi işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Belarus, Rusiya, İran, Çin, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Hindistandan 126 şirkətin iştirak etdiyi sərgidə zirehli maşınlar, raket, artilleriya və atıcı silahlar, döyüş sursatları, optik-elektron avadanlıq və sistemlər, kimyəvi və bioloji mühafizə avadanlıqları, aviasiya və raket sistemləri və s. nümayiş etdirilir.
İki ildən bir təşkil edilən tədbirin açılış mərasimindən sonra nazir V.Mustafayev sərgi ilə tanış olub.
Nazir sərgi çərçivəsində Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.
Görüşdə beynəlxalq müdafiə sərgilərinin keçirilməsinin əhəmiyyəti vurğulanaraq, belə tədbirlərin dünyada müdafiə sənayesi sahəsində baş verən yeniliklərlə tanış olmaq üçün unikal imkanlar yaratdığı qeyd olunub.
Daha sonra iki ölkə arasında müdafiə sənayesi sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “MILEX 2025” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisi mayın 24-də başa çatacaq.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib