Müdafiə təyinatlı məmulatlar "Körfəz Müdafiə və Aerospeys" sərgisində nümayiş etdirildi
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar 12-14 dekabr tarixlərində Küveytdə keçirilən “Körfəz Müdafiə və Aerospeys” sərgisində nümayiş etdirildi. Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə oldu.
Üç gün davam edən sərgidə Müdafiə Sənayesi Nazirliyi 97 adda müdafiə təyinatlı məmulat nümayiş etdirdi.
Nümayiş etdirilən atıcı silahlar, döyüş sursatları və digər məmulatlar sərgiyə qatılan ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılandı. ABŞ, İngiltərə, Fransa, Almaniya, Kanada və digər ölkələrin mütəxəssisləri Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məmulatları yüksək qiymətləndirdilər.
Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə Küveytin Müdafiə Nazirliyinin və digər güc qurumlarının rəsmiləri arasında görüşlər keçirildi. Keçirilən görüşlərdə Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi məmulatların Küveytin və digər ərəb ölkələrinin bazarlarına çıxarılmasına dair danışıqlar aparıldı və hərbi təyinatlı məmulatlar üzrə gələcək tenderlərə Müdafiə Sənayesi Nazirliyinin dəvət edilməsi ilə bağlı razılıq əldə olundu.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib