Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində konfrans keçirilir
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
AzTU-nun rektoru, professor Vilayət Vəliyev, müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov, təhsil nazirinin müşaviri Nicat Məmmədli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Ceyhun Hüseynzadə və digərləri çıxış edərək konfransın əhəmiyyətindən danışıblar. Bildirilib ki, müdafiə təyinatlı texnologiyalar ölkənin siyasi qüdrətini müəyyənləşdirir. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərin əsasında da Ordumuzun əsgər və zabitlərinin rəşadəti və qəhrəmanlığı ilə yanaşı, ölkəmizin müdafiə sənayesi məhsullarının uğurlu tətbiqi də dayanır.
Konfransda süni intellektin, nanotexnologiyaların tətbiqinin hərbi sahədə yaratdığı üstünlüklərdən, kibertəhlükəsizlik sistemi, ağıllı texnologiyaların inkişafı məsələlərindən söhbət açılıb. Bu sahədə ixtisaslı kadrların hazırlanması, MSN-in müəssisələrində universitetin tələbələrinin təcrübə keçmələrinin vacibliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, müdafiə sənayesi sahəsində kadrların hazırlanması və tədqiqatların aparılması mühüm əhəmiyyətə malikdir.
Qeyd edək ki, AzTU regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə ali məktəbdir. Universitetdə bu sahədə kadr hazırlığını xüsusi texnika və texnologiya fakültəsi həyata keçirir.
AZƏRTAC
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib