Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransında iştirak edir
20-24 fevral 2023-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində iki ildən bir təşkil olunan “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı keçirilir.
Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini - prezident işləri üzrə nazir Şeyx Mansur bin Zayed Al Nahyanın açılışını etdiyi sərgidə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri cənab Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Dünyanın 65 ölkəsindən 1350-dən çox qabaqcıl şirkət və 350 nümayəndə heyətinin qatıldığı “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 145 adda müdafiə təyinatlı məmulatlar nümayiş olunur.
Sərgi zamanı müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri nəzərdə tutulub.
“İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı öz işini fevralın 24-dək davam etdirəcək.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib