Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “DSA-2022” sərgisində iştirak edir
Martın 28-31-də Malayziyanın Kuala Lumpur şəhərində “DSA-2022” 17-ci Asiya müdafiə xidmətləri üzrə sərgi və konfransı keçirilir.
Sərgidə Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Mehman Baxışovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Malayziya Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilən, 45 ölkədən 350-dən çox yüksək səviyyəli nümayəndə heyətinin, 1170 qabaqcıl şirkət və 27 ölkənin milli pavilyonla çıxış etdiyi “DSA-2022” 17-ci Asiya müdafiə xidmətləri üzrə sərgi və konfransında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 110 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.
Qeyd edək ki, Müdafiə Sənayesi Naziriliyi 2014-2016-cı illərdə keçirilmiş DSA sərgilərində stendlə iştirak etmiş və Nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş etdirilmişdir.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib