Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar "İDEX-2015" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilir
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən "İDEX-2015" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilir. Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdədir.
Fevralın 22-də öz işinə başlayan "İDEX-2015” sərgisində dünyanın 55 ölkəsinin qabaqcıl şirkətləri iştirak edir.
Müdafiə Sənayesi Nazirliyi ikinci dəfə olaraq qatıldığı "İDEX” sərgisində 170-dən artıq müdafiə təyinatlı məmulat nümayiş etdirir. Beynəlxalq sərgidə “İstiqlal-1T”, “Mübariz”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, ”Şimşək-10” hücum pulemyotu, müxtəlif növ döyüş sursatları ilə yanaşı, ilk dəfə nümayiş etdirilən məmulatlardan NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silah Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən xarici nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanır.
Sərgidə Azərbaycan Respublikasının müdafiə və fövqəladə hallar nazirləri və Dövlət Sərhəd Xidmətinin rəisi Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət etmiş, nümayiş etdirilən məmulatlarla yaxından tanış olmuşlar.
Sərginin ilk günü nazir Yavər Camalovun sərgiyə qatılan ölkələrdən bir neçəsinin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri olub.
“İDEX-2015” beynəlxalq müdafiə sərgisi öz işini fevralın 26-dək davam etdirəcək.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib