Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlar "IDEF-2011" sərgisində nümayiş etdiriləcək
Bu sərgi qısa müddət ərzində fəaliyyətə başlayan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məmulatlarla qatıldığı sayca altıncı sərgidir. Bundan öncə nazirlik “IDEF-2009”, “SOFEX-2010”, “MSPO”, “AAD-2010” və “IDEX-2011” sərgilərində təmsil olunmuşdur.
İlk dəfə olaraq “IDEF-2009” beynəlxalq sərgisinə 27 adda məmulatla qatılan Müdafiə Sənayesi Nazirliyi bu sərgidə 89 adda məmulat nümayiş etdirəcəkdir. Nazirlik “IDEF-2011” sərgisində indiyədək qatıldığı sərgilərdə nümayiş etdirdiyi məmulatlarla yanaşı pilotsuz uçan aparatlar, yeni növ atıcı silahlar və döyüş sursatlarının da nümayiş etdirilməsini nəzərdə tutur.
Sərgidə Türkiyə ilə yanaşı ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa və digər inkişaf etmiş ölkələrdən 534 şirkətin iştirakı gözlənilir.
“IDEF-2011” sərgisi çərçivəsində nazir Yavər Camalovun Türkiyə və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərlərilə görüşü də nəzərdə tutulur.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib