Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində döyüş sursatlarının yaradılması sahəsində yeni nəticə əldə edilib
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan 125 millimetrlik tank topları üçün nəzərdə tutulmuş döyüş sursatının poliqon sınaqları keçirildi. Müdafiə Sənayesi Nazirliyinin mütəxəssislərinin, Müdafiə Nazirliyinin döyüş texnikası və şəxsi heyətinin iştirakı ilə aparılan sınaqlarda 125 millimetrlik tank topları üçün nəzərdə tutulmuş döyüş sursatının ballistik xüsusiyyətlərinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrin istismarında olan müasir T-90C tipli tankdan atışlar keçirildi və müsbət nəticə əldə edildi.
Yüksək dağıdıcı qüvvəyə malik 125 millimetrlik artırılmış qüvvəli qəlpəli-fuqaslı mərmili atəş yığımı Silahlı Qüvvələrin arsenalında olan T-72, T-90C tipli tanklarda quraşdırılan 125 millimetrlik tank topundan atəş aparmaq üçün istifadə olunur. Atəş yığımı düşmənin canlı qüvvəsinə, səhra tipli istehkam qurğularına, artilleriya, minaatan, raket qurğularının atəş mövqelərinə və müxtəlif növ atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.
Atəş yığımının praktiki mərmili variantı ilə keçirilən sınaqların nəticələrinə görə döyüş sursatının yüksək ballistik xüsusiyyətlərə malik olması, etibarlılığı və xidməti davranma zamanı təhlükəsizliyi tam təsdiq edildi.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib