Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə Türkiyənin şirkətləri arasında niyyət protokolları imzalandı
Mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçirilən və Müdafiə Sənayesi Nazirliyinin (MSN) də təmsil olunduğu “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində nazirliyin Elmi Tədqiqat İnstitutu, “Optika-Mexanika” və “Cihaz” istehsalat birlikləri ilə Türkiyənin “ASELSAN” və “TUSAŞ” şirkətləri arasında müdafiə təyinatlı məmulatların birgə istehsalına dair niyyət protokolları imzalandı.
Sərgi çərçivəsində nazir Yavər Camalovun Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hussain və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri oldu. Görüşlərdə müdafiə sənayesi üzrə yeni əməkdaşlıq əlaqələrinin yaradılması, mövcud əlaqələrin inkişafına dair danışıqlar aparılıdı və ümumi razılıqlar əldə olundu.
Müdafiə sənayesi naziri Yavər Camalovla görüşündən sonra MSN-in stendini ziyarət edən Türkiyənin milli müdafiə naziri Fikri İşıq nümayiş etdirilən məmulatlarla yaxından tanış oldu. İki qardaş ölkənin müvafiq qurumları arasındaki konkret sahələr üzrə birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Fikri İşıq bu əlaqələrin davamlı olması üçün yeni sahələrin müəyyənləşdirilməsi məqsədilə aparılan danışıqların əhəmiyyətini də vurğuladı.
ABŞ, Almaniya, Rusiya, Fransa, İngiltərə və digər inkişaf etmiş ölkələrdən 300-dək qabaqcıl şirkətin qatıldığı “İDEF-2017” sərgisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi, yerli mütəxəssislər tərəfindən hazırlanmış “Tufan” milli zirehli maşını,“Vaşaq” snayper tüfəngi və digər məmulatlar böyük marağa səbəb oldu.
Müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olmaq məqsədilə keçirilən beynəlxalq müdafiə sərgilərində son illər təmsil olunan və artıq belə tədbirlərin təşkilatçısına çevrilən Müdafiə Sənayesi Nazirliyinin qatıldığı hər bir sərgidə nümayiş etdirdiyi yeni nəsil məmulatlar izləyicilər tərəfindən böyük maraqla qarşılanır. MSN-in təmsil olunduğu belə sərgilərdən biri də İstanbulda keçirilən “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisi oldu.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib