Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məmulatlarının nümayiş etdirildiyi "AAD - Afrika Aerospace Defence - 2010" sərgisi başa çatdı
Afrika qitəsində indiyədək nümayiş olunan sərgilər arasında ən böyük hərbi sərgi hesab olunan bu sərgidə Azərbaycan, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 67 adda müdafiə təyinatlı məmulatla təmsil olunmuşdur. Buraya yüngül atıcı silahlar, onların müxtəlif kalibrli döyüş sursatları, minaatanlar, onlar üçün müxtəlif kalibrli minalar, reaktiv mərmilər, elektronika sənayesində istifadə olunan müxtəlif laylı çap lövhələri və digər məmulatlar daxil idi. Sərgidə eyni zamanda Azərbaycan ilə Cənubi Afrika Respublikasının birgə istehsalı olan "Matador" və "Marauder" tipli zirehli maşınlar da nümayiş etdirilmişdir.
ABŞ, Çin, Türkiyə və CAR kimi ən məşhur silah istehsalçıları hesab olunan ölkələr də daxil olmaqla dünyanın 36 ölkəsindən 323 qabaqcıl şirkətin qatıldığı sərgidə nümayiş olunan Azərbaycan istehsalı olan məmulatar böyük marağa səbəb olmuşdur. Xüsusi ilə 12,7 və 14,5 mm-lik “İstiqlal” snayper tüfəngləri sərgidə iştirak edən xarici ölkə nümayəndələrinin diqqətini çəkmişdir. Qeyd etmək lazımdır ki, 14,5 mm-lik “İstiqlal” snayper tüfəngi 2009-cu ildə Türkiyədə keçirilən “İDEF - 2009” və cari ildə İordaniyada geçirilən “SOFEX - 2010” sərgisində də xüsusi marağa səbəb olmuşdur. 12,7 mm-lik “İstiqlal” snayper tüfəngi isə ilk dəfə idi ki, beynəlxalq sərgidə nümayiş olunurdu.
Sərgi, sonuncu gün əhali üçün açıq elan olunmuşdur. Sərgidə Azərbaycan stendinə dövlət nümayəndələri ilə yanaşı, mülki şəxslər də xüsusi maraqla baxmışlar.
Səfər çərçivəsində nazir Yavər Camalovun sərgiyə ev sahibliyi edən Cənubi Afrika Respublikasının (CAR) müdafiə nazirinin müavini Fezile Bhinqu və sərgidə iştirak edən Belarus, Türkiyə və Hindistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri olmuşdur. Keçirilən görüşlərdə bu ölkələrin şirkətləri ilə qarşılıqlı əməkdaşlığa dair razılıq əldə olunmuşdur.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib