Müdafiə Sənayesi Nazirliyinin iştirak etdiyi “MILEX-2019” sərgisinin açılışı olub
Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə keçirilən sərgidə 10 ölkədən - Belarus, Azərbaycan, Almaniya, İtaliya, Qazaxıstan, Çin, Polşa, Rusiya, Serbiya və Cənubi Afrika respublikalarından 170 şirkət iştirak edir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “MILEX” sərgisində ilk dəfə stendlə təmsil olunur.
Bu gün işinə başlayan, iştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan “MILEX-2019” sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən əsasən ixrac yönümlü məhsullar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları və s. məmulatlar nümayiş etdirilir.
Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin bir sıra ölkələrin rəsmi nümayəndə heyətləri, eləcə də müdafiə sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkət və firmaların nümayəndələri ilə görüşləri təşkil olunacaq.
Sərgi işini mayın 18-dək davam etdirəcək.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib