Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat Müəssisəsində Azərbaycan Texniki Universitetinin professor-müəllim heyəti ilə görüş keçirildi
“Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov qonaqları salamlayaraq onlara müəssisə ilə bağlı məlumat verdi və məzunların çalışdıqları sex və sahələrlə tanış etdi.
Görüşdə bildirildi ki, respublikanın müdafiə sənayesi kompleksinin yüksək ixtisaslı kadrlara olan təlabatının ödənilməsi məqsədilə 2011-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Texniki Universitetində “Xüsusi texnika və texnologiya” fakultəsi və müvafiq kafedralar yaradılıb. Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə yaradılan fakultədən hazırki dövrə qədər 275 tələbə məzun olub. Məzunlardan böyük əksəriyyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində işlə təmin olunub və onların hər birinə nazirlik tərəfindən böyük diqqət ayrılıb.
Birliyin baş direktoru İlqar Nəzərov fakultənin məzunlarından 58 nəfərin “İqlim” Elmi İstehsalat Müəssisəsində işə götürüldüyünü bildirdi. O, məzunların hazırlıq səviyyəsindən və özlərini bir kadr kimi doğrultmaları üçün göstərdikləri əzmdən razı qalındığını ifadə etdi. Qeyd etdi ki, bu işçilərin böyük əksəriyyəti az müddətdə özlərini doğruldaraq tutduqları vəzifələrdə irəliləyiblər.
Professor Xalıq Yahudov universitetin məzunlarına göstərilən qayğı və diqqətə görə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevə və müəssisənin rəhbərliyinə təşəkkürünü bildirdi.
Görüşdə Xüsusi texnika və texnologiya fakültəsində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyasının və Azərbaycan Respublikasının Milli Qəhramanı Çinqiz Qurbanov adına ixtiraçılar klubunun nazirliyin “İqlim” Elmi İstehsalat Müəssisəsinin texniki problemlərinin həllində yaxından iştirakı tövsiyyə olundu.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib