Müdafiə Sənayesi Nazirliyinin "İDEX-2015" sərgisində nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılandı
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar fevralın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən “İDEX-2015” beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirilmişdir.
İki ildən bir keçirilən “İDEX” sərgisində Müdafiə Sənayesi Nazirliyi ikinci dəfə idi ki, iştirak edirdi.
Dünyanın 55 ölkəsindən 1162 şirkətin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyi 170-dən artıq müdafiə təyinatlı məmulat nümayiş etdirmişdir.
Beynəlxalq sərgidə “İstiqlal-1T”, “Mübariz”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, ”Şimşək-10” hücum pulemyotu, müxtəlif növ döyüş sursatları ilə yanaşı, ilk dəfə nümayiş etdirilən məmulatlardan NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silah Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən xarici nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanmışdır.
Səfər çərçivəsində nazir Yavər Camalovun “İDEX-2015” sərgisinə qatılan Türkiyə, ABŞ, Almaniya, Fransa, Braziliya, Cənubi Afrika, Çin, Çexiya və digər ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri olmuş, mövcud və yeni əməkdaşlıqlara dair danışıqlar aparmışdır.
Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinə 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar vermiş və dəvətlər çatdırmışlar.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib