Müdafiə Sənayesi Nazirliyinin "İDEF-2015" sərgisində nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılandı
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 5-dən 8-dək Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2015” XII beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirildi. Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti qardaş ölkədə səfərdə oldu.
İlk dəfə 2009-cu ildə 27 adda müdafiə təyinatlı məmulatla “İDEF” sərgisinə qatılan Müdafiə Sənayesi Nazirliyi “İDEF-2015” sərgisində 184 adda məmulat nümayiş etdirdi. Nümayiş etdirilən məmulatlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, artilleriya silahlarını, zirehli texnikaları, müxtəlif çaplı aviasiya bombalarını, pilotsuz uçuş aparatlarını, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatlarını, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatlarını, optik cihazları və s. göstərmək olar.
Bu sərgidə də Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılandı.
Sərgi çərçivəsində nazir Yavər Camalovun Tükiyənin yüksək vəzifəli şəxsləri, Pakistan, Tayland, Somali, Malayziya, Rumıniya və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri oldu. Görüşlərdə müdafiə sənayesi üzrə yeni əməkdaşlıq əlaqələrinin yaradılması, mövcud əlaqələrin inkişafına dair danışıqlar aparılıdı və ümumi razılıqlar əldə edildi.
Sərgidə nazirliyin əməkdaşları tərəfindən, tədbirə qatılan digər ölkələrin nümayəndə heyətlərinə 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verildi və dəvətlər çatdırıldı.
“İDEF-2015” sərgisinə qatılan Azərbaycanın müdafiə naziri Zakir Həsənov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət etdilər, nümayiş etdirilən məmulatlarla yaxından tanış oldular.
Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən digər ölkələrin nümayəndə heyətlərinə iyunda Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı da geniş məlumatlar verildi.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib