Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları velosiped və triatlon üzrə yarışlarda birinci yer tutublar
9 oktyabr tarixində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılğı ilə Respublika Velotrekində trek velosipedi üzrə Bakı Birinciliyi keçirilib.
TREK-GİT 1000 metr məsafəyə yarışda Müdafiə Sənayesi Nazirliyi Velosiped İdman Klubunun üzvü Musa Mikayılzadə birinci yerin qalibi olub. İkinci və üçüncü yerləri də MSN Velosiped İdman Klubunun üzvləri Əmral Abduləzizli və Mahmud Məmmədov tutublar.
10 oktyabr tarixində Triterra Klubunun həvəskarlar arasında ilk dəfə təşkil etdiyi triatlon (üzmə, velosiped sürmə və qaçış) idman növü üzrə yarışda da Müdafiə Sənayesi Nazirliyi 2 qrup və fərdi şəkildə 1 nəfərlə təmsil olunub. Denis Karçaşkin, Musa Mikayılzadə və Vüqar Abdullayevdən ibarət komanda digər iştirakçıları geridə qoyaraq yarışı birinciliklə tamamlayıb. Rauf Sultanov, Mahmud Məmmədov, Tural Əliyevin yer aldığı ikinci komanda və yarışa fərdi qatılan MSN Velosiped İdman Klubunun rəhbəri Vüqar Salahov isə yarışı müvəffəqiyyətlə başa vurublar.
Qeyd edək ki, klubun üzvlərindən Mahmud Məmmədov, Vüqar Abdullayev və Vüqar Salahov Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarıdır.
Yarışları izləyən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Velosiped İdman Federasiyasının baş katibi Fərhad Əliyev və Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov daha sonra idmançılarla tanış olublar.
Qaliblər təşkilatçılar tərəfindən medal və diplomlarla təltif ediliblər.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib