Müdafiə Sənayesi Nazirliyində koronavirusla bağlı onlayn müşavirə keçirilib
Martın 21-də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin onlayn rejimdə iclası təşkil olunub. Müdafiə Sənayesi naziri Mədət Quliyevin və məsul əməkdaşların iştirakı ilə keçirilən müşavirədə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə xüsusi rejimdə iş üzrə Təlimatından irəli gələn məsələlər müzakirə olunub.
Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi koronavirus infeksiyasına qarşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən bütün qərarları dəstəkləyəcəyini, virusun yayılmasının qarşısının alınmasına kömək məqsədilə bundan sonra da hər cür ehtiyat tədbirlərinin həyata keçiriləcəyini qeyd edib.
Təlimata uyğun olaraq, əməkdaşların təhlükəsizliyinin təmini məqsədilə Nazirliyin mərkəzi aparatında və tabeli müəssisələrdə iclasların, müşavirələrin və toplantıların yalnız telefon və internet rabitəsi vasitəsilə keçirilməsi, mümkün olduğu halda əməkdaşların məsafədən işləmələrinin təşkili, o cümlədən 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlərin tətbiqi qərara alınıb.
Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar ölkədə xüsusi rejim tətbiq olunduğu gündən Müdafiə Sənayesi Nazirliyi tərəfindən bütün tabeli müəssisələrdə bir sıra qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, bütün ezamiyyətlər dayandırılıb, əməkdaşlara xarici ölkələrə şəxsi səfərləri məhdudlaşdırmaq məsləhət görülüb, vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınıb, müraciətlərə yalnız elektron və telefon rabitəsi vasitəsilə baxılması təmin edilib.
Müşavirədə Koronavirusla Mübarizəyə Dəstək Fonduna Müdafiə Sənayesi Nazirliyi tərəfindən vəsait köçürüldüyü bildirilib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib