Müdafiə Sənayesi Nazirliyində görüş keçirilib
29 yanvar 2020-ci il tarixində Müdafiə Sənayesi Nazirliyində Azərbaycan Texniki Universitetinin kollektivi ilə görüş keçirilib.
Müdafiə Sənayesi naziri Mədət Quliyev Azərbaycan Texniki Universitetinin rektoru prof. Vilayət Vəliyev, Xüsusi Texnika və Texnologiyalar fakültəsinin dekanı prof. Elçin Rzayev və Xüsusi Texnika kafedrasının müdiri Ələkbər Hüseynovu qəbul edib.
Görüşün məqsədi Texniki Universitetdə yeni süni intellekt və robotlaşdırma ixtisasının yaradılması, tələbələrin təcrübə qazanmalarına şərait yaradılması və könüllülər qismində müəssisələrin iş prosesinə cəlb olunmalarının müzakirəsi olub.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunduğunu qeyd edən Mədət Quliyev Texniki Universitetin tələbələrinin də könüllülər qismində müəssisələrə cəlb edilmələri, oradakı iş prossesi ilə yaxından tanış olmaları və ən əsası isə könüllülük prinsipi çərçivəsində təcrübəyə yiyələndikdən sonra gələcəkdə öz iş fəaliyyətlərinə bu müəssisələrdə davam etmələri təklifini irəli sürmüşdür.
Nazir tələbələrin öz ixtisasları üzrə təcrübə qazanmaları və gələcəkdə işlə təmin olunmaları üçün rəhbərlik etdiyi qurumda lazımi şərait yaratmağa hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə müəssisələrdə Xüsusi Texnika kafedrasının nümayəndəliyinin açılması və tələbələrin nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsinə şərait yaradılması məsələsi müzakirə olunub.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib