Müdafiə Sənayesi Nazirliyində Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirildi
5 may 2010-cu il tarixində Müdafiə Sənayesi Nazirliyində vaxtilə respublikanın müdafiə sənayesi müəssisələrində çalışmış Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirildi.
Tədbirin əvvəlində Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlı oğul və qızların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Müdafiə Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev də iştirak edirdi.
Yəhya Musayev ilk əvvəl veteranları faşizm üzərində Qələbənin 65-ci ildönümü münasibəti ilə nazir Yavər Camalovun adından və öz adından təbrik etdi, sonra müharibə zamanı soydaşlarımızın göstərdikləri şücaətlərdən danışdı.
Tədbirin təşkilatçısı Müdafiə Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Röfət Müfid-Zadə də öz növbəsində müharibə veteranlarına səmimi təbriklərini çatdırdı. Komitə sədri müharibə zamanı 3 milyon nüfusa malik olan Azərbaycanın 700 mininin məhz ön cəbhədə olduğunu bildirdi. Canlı qüvvə ilə yanaşı, Azərbaycan neftinin də qələbədə böyük rolu olduğunu qeyd edən komitə sədri müharibə zamanı aviasiyada, tanklarda yanacağın donmasının qarşısını almaq üçün istifadə olunan “aşgarlar”ın, sürtgü yağlarının, hərbi texnikanı işə salan yanacağın məhz Azərbaycan ərazisində hasil olunan neftin hesabına alındığını vurğuladı. R. Müfid-Zadə müqayisə üçün bildirdi ki, müharibə illərində SSRİ neftinin təxminən 80 faizi Azərbaycan ərazisində hasil edilirdi.
Tədbirin sonunda müharibə veteranlarına gül dəstələri, qiymətli hədiyyələr və pul mükafatları təqdim edildi.
Müharibə illəri ilə bağlı öz xatirələrini bölüşən veteranlar sonda onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib