Müdafiə Sənayesi Nazirliyində 2019-cu ilin yekunlarına və qarşıda duran məsələlərə dair geniş müşavirə keçirilib
Cari il ərzində Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin istehsal və təsərrüfat fəaliyyətinin yekunları, 2020-ci ildə bu sahədə qarşıda duran vəzifələr müzakirə edilib.
Müdafiə Sənayesi naziri Mədət Quliyevin sədrliyi ilə keçirilən iclasda tabeçilikdə olan birlik və müəssisələrin 2019-cu il üzrə fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edildi. Qeyd olundu ki, Silahlı Qüvvələrin silah, sursat və digər müdafiə təyinatlı məhsullarla təmin edilməsinin vacibliyi nəzərə alınaraq cari ilin iyun ayında ölkə başçısı tərəfindən Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti bərpa olunub və Ali Baş Komandan İlham Əliyev tərəfindən verilmiş tövsiyyə və tapşırıqların həlli istiqamətində atılacaq addımlar müəyyənləşdirilib.
Bildirildi ki, ölkə başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məhsullar istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.
Milli Ordunu yeni nəsil silah növləri ilə təmin etmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən yeni layihələrin reallaşdırılması istiqamətində məqsədyönlü işlərin davam etdirildiyi də diqqətə çatdırılıdı.
Müşavirədə müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı ilə bağlı 2020-ci ildə qarşıda duran məsələlərə dair geniş müzakirələr aparılıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib