Müdafiə Sənayesi Nazirliyi tələbələr üçün növbəti infotur təşkil edib
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 20 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Azərbaycan Texniki Universitetinin tələbələri üçün MSN-in müəssisələrindən birinə növbəti infotur təşkil edilib.
Əvvəlcə infotur iştirakçıları müəssisənin ərazisində ucaldılmış müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Tələbələrə Azərbaycanın müdafiə sənayesinin tarixi, inkişaf mərhələləri və müasir imkanları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın müdafiə sənayesi bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir və ölkəmizdə bu sahənin daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Vətən müharibəsində Azərbaycan silahının düşmənə öz gücünü və qüdrətini əməli döyüş şəraitində göstərdiyi diqqətə çatdırılıb, yerli istehsal olan hərbi məhsullarla Ordumuzun etibarlı silahlanmasının təmin edilməsinin döyüş əməliyyatlarının uğurla həyata keçirilməsinə şərait yaradığı barədə danışılıb.
Sonra tələbələr müəssisənin istehsalat prosesi ilə tanış olublar və onları maraqlandıran suallar cavablandırılıb.
İştirakçılar bu cür maarifləndirici turların təşkilinə görə MSN-in rəhbərliyinə minnətdarlıqlarını bildirib və belə tədbirlərin davamlı olmasını arzuladıqlarını ifadə ediblər.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib