Müdafiə Sənayesi Nazirliyi “QFAB-250 LG” aviasiya bombasını xaricdə keçirilən sərgidə - “IDEF-2019” sərgisində ilk dəfə nümayiş etdirir
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan “QFAB-250 LG” aviasiya bombasının inert nümunəsi İstanbulda keçirilən “IDEF-2019” sərgisində ilk dəfə nümayiş etdirilir və böyük maraqla qarşılanır.
Qeyd edək ki, lazer güdümlü, 250 kiloqram çaplı qəlpəli-fuqaslı aviasiya bombası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “ASELSAN” şirkətinin birgə hazırladığı layihə əsasında yaradılıb. Aviasiya bombasının 3 ədəd inert nümunəsi artıq hazırdır, bu nümunələrin sınaqlarının keçirilməsi planlaşdırılır.
İnert nümunlərin sınaqları yekunlaşdıqdan sonra döyüş nümunələrinin sınaqlarının həyata keçirilməsi nəzərdə tutulur.
Uzunluğu 3300 millimetr, diametri 240 millimetr, kütləsi 270 kiloqram olan “QFAB-250 LG” aviasiya bombaları 12000 metrədək məsafədən hədəfi maksimum 10 metr sapma ilə vurmaq imkanı verəcək.
“QFAB-250 LG” aviasiya bombası NATO standartlarına uyğun yaradılıb. Bu məmulat daxili təlabat və ixrac üçün nəzərdə tutulur.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib