Müdafiə Sənayesi Naziriyinin təmsil olunduğu “ARMY-2019“ Beynəlxalq Hərbi-Texniki Forumun açılışı oldu
Dünyanın ən böyük silah və hərbi texnika sərgilərindən birinə çevrilən bu forumda Müdafiə Sənayesi Nazirliyi ilk dəfə stendlə təmsil olunur. Milli paviliyonda nazirlik əsasən ixrac yönümlü məhsullarını - snayper tüfənglərini, avtomatları, tapançaları, hücum pulemyotlarını, qumbaraatanları, pilotsuz uçuş aparatlarını, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və digər məmulatlarını nümayiş etdirir. Nümayiş etdirilən məmulatlar arasında xaricdə keçirilən beynəlxalq sərgiyə ilk dəfə çıxarılan məhsullar da var.
Sərginin ilk günündə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu, Taktiki Raket Silahları Korporsiyasının baş direktoru Baris Abnosov və “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib və nümayiş etdirilən məmulatlarla yaxından tanış olublar.
Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Rusiya Federasiyası Taktiki Raket Silahları Korporsiyasının baş direktoru Baris Abnosovla görüşü olub. Görüşdə hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, nazir müavini “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyevlə də görüşüb. Görüşdə birgə əməkdaşlıq layihələri haqqında geniş müzakirələr aparılıb, çərçivə sazişinin hazırlanaraq yaxın zamanlarda imzalanmasına dair razılıq əldə edilib.
“ARMY-2019” sərgisi işini iyunun 30-dək davam etdirəcək.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib