Müdafiə sənayesi naziri Vüqar Mustafayev Özbəkistan Respublikasının Müdafiə Sənayesi Agentliyinin nümayəndə heyəti ilə görüşüb
Noyabrın 23-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru İbodullayev Mansurjon Gapparoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti, gələcəkdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Bildirilib ki, hərbi-texniki sahədə Azərbaycan-Özbəkistan əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər gələcəkdə daha uğurla inkişaf etdiriləcək.
Sonda hər iki qurum arasında gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi məqsədilə çərçivə sənədi olaraq yol xəritəsinin hazırlanmasına dair razılığa gəlinib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib