Müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Müdafiə Sənayesi Komitəsinin nümayəndə heyətini qəbul edib
10-11 mart tarixlərində Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair Saziş” çərçivəsində yaradılmış İşçi Qrupunun ikinci iclası keçirilir. Hər iki ölkənin müdafiə sənayesi sahəsindəki mütəxəssislərinin iştirak etdiyi iclasın yekunu olaraq 11 mart tarixində yekun protokolun imzalanması nəzərdə tutulub.
10 mart tarixində müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Müdafiə sənayesi komitəsinin Beynəlxalq əməkdaşlıq idarəsinin müdiri Murat Ceranı qəbul edib. Görüş zamanı Türkiyə Müdafiə Sənayesi Komitəsi və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələri arasında perspektiv əməkdaşlığın genişləndirilməsi və yeni sahələrin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2017-ci ilin 31 oktyabr tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb. Saziş çərçivəsində hər iki təşkilatın nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb və iki ildən bir İşçi Qrupun iclası həyata keçirilir. Tərəflər arasında ilk iclas 2019-cu ildə Ankara şəhərində baş tutub.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib