Müdafiə sənayesi naziri Mədət Quliyev Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin nümayəndə heyətini qəbul edib
Görüş zamanı hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi, müəssisələr arasında əlaqələrin gücləndirilməsi, hərbi-texniki sahədə perspektiv əməkdaşlıq sahələrinin öyrənilməsi, qarşılıqlı işgüzar səfərlərin təşkil edilməsi və digər mövzular ətrafında müzakirələr aparılıb.
Bildirilib ki, hərbi-texniki sahədə Azərbaycan-Qazaxıstan əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər gələcəkdə daha da uğurla inkişaf etdiriləcək.
Nazir diqqətə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılmışdır.
Səmimi qəbula görə təşəkkür edən Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı nazirinin müavini Adlbek Sarsembayev ölkəmizlə Qazaxıstan arasında ikitərəfli hərbi əlaqələrin bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirib.
Görüş Azərbaycan və Qazaxıstan Respublikası arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib