Müdafiə sənayesi naziri Mədət Quliyev Pakistan İslam Respublikasının ölkəmizdəki səfirini qəbul edib
Aprelin 13-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Hayeni qəbul edib.
Müstəqillik qazandıqdan sonra Azərbaycanın suverenliyini tanıyan ilk ölkələrdən birinin Pakistan İslam Respublikası olduğunu vurğulayan nazir Mədət Quliyev, bu əməkdaşlığın əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Görüş zamanı Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən həmsədri, Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev və səfir Bilal Haye 01-02 dekabr 2021-ci il tarixlərində Bakı şəhərində keçirilən Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının 7-ci iclasından bəhs edərək, iclas zamanı qəbul edilmiş əməkdaşlıq sahələri ətrafında müzakirələr aparıblar. Müzakirələr zamanı müdafiə sənayesi, iqtisadiyyatın müxtəlif sahələri, kənd təsərrüfatı, bank, turizm, səhiyyə və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanaraq bu sahələr üzrə müvafiq tədbirlərin davam etdiriləcəyi və iki ölkə arasında əlaqələrin daha da genişləndiriləcəyi qeyd edilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti olaraq velosiped idmanı sahəsində də əlindən gələni əsirgəməyəcəyini qeyd edən Mədət Quliyev, Azərbaycanda keçiriləcək velosiped üzrə beynəlxalq yarışlar zamanı Pakistan komandasının üzvlərinin də iştirakını təklif edib.
Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye səmimi qəbula görə nazir Mədət Quliyevə təşəkkür edib, Pakistan və Azərbaycan arasındakı əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib