Müdafiə Sənayesi naziri Mədət Quliyev Özbəkistan Respublikasının ölkəmizdəki səfirini qəbul edib
21 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev Özbəkistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Bahrom Əşrəfxanovu qəbul edib.
Mədət Quliyev səfir Bahrom Əşrəfxanovu təyinatı münasibətilə təbrik edərək, onun iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.
Görüşdə hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığın perspektivləri geniş müzakirə olunub.
Nazir erməni terrorçuları tərəfindən 27 sentyabr 2020-ci il tarixindən bu günə qədər Tərtər, Ağdam, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə şəhərlərini və bir sıra kənd və qəsəbələri ayrı-ayrı silah növlərindən istifadə edərək atəşə tutmaları, dinc əhaliyə, mülki infrastruktura məqsədli şəkildə zərbələr endirmələri, Gəncəyə raket hücumu və onun ağır nəticələri haqqında səfirə geniş məlumat verib.
Bildirilib ki, Ermənistanın hücumlarının qarşısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır. Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, onlarla kənd, qəsəbə və yaşayış məntəqələri işğaldan azad edilib, qədim Xudafərin körpüsünə Azərbaycan bayrağı sancılıb.
Səmimi qəbula görə təşəkkür edən səfir Bahrom Əşrəfxanov diplomatik fəaliyyəti dövründə Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib