Müdafiə Sənayesi naziri Mədət Quliyev İranın ölkəmizdəki səfirini qəbul edib
30 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvini qəbul edib.
Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən nazir iki dövlət arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafından danışıb.
Nazir sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə, Bərdə şəhərlərinin, bir sıra kənd və qəsəbələrin, yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində mülki əhalimizə qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabrda Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin, 27, 28 oktyabrda Bərdə şəhərinin raket zərbələrinə məruz qalmasını qeyd edib və bildirib ki, ümumilikdə 91 nəfər dinc sakin həlak olub, 400 vətəndaşımız yaralanıb, minlərlə yaşayış evinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
M.Quliyev səfirin diqqətinə çatdırıb ki, Ermənistanın hücumlarının qarşısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, onlarla kənd, qəsəbə və yaşayış məntəqələri işğaldan azad edilib, qədim Xudafərin körpüsünə Azərbaycan bayrağı sancılıb.
Nazir İran dövlətini və xalqını Zəngilan rayonunun Ağbənd qəsəbəsi və Ağbənd sərhəd zastavasının işğaldan azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə təbrik edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Seyid Abbas Musəvi diplomatik fəaliyyəti dövründə Azərbaycan və İran arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib