Müdafiə sənayesi işçilərinin Azərbaycanın mədəniyyət beşiyi Şuşaya səfərləri təşkil edilib
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılğı və Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xətti ilə sentyabrın 10-da bir qrup müdafiə sənayesi işçilərinin Azərbaycanın mədəniyyət beşiyi Şuşaya səfərləri təşkil edilib.
Onlar səfər etdikləri ərazilərdə işğalın ağır nəticələri, dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olublar. Eyni zamanda səfər iştirakçıları yol boyunca işğaldan azad olunmuş ərazilərdə, eləcə də Qarabağın incisi Şuşada aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini izləyiblər.
Şuşa qalası, Vaqifin məqbərəsi, Cıdır düzü, Bülbülün ev-muzeyi, Üzeyir bəy Hacıbəylinin, Natəvanın və Bülbülün güllələnmiş heykəlləri və digər tarixi yerlər səfər iştirakçıları tərəfindən ziyarət edilib.
Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən belə səfərlər yaxın günlərdə də təşkil ediləcəkdir.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib