Müdafiə sənayesi işçiləri Respublika spartakiadasında uğurlu nəticələr qazanıblar
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən keçirilən 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Zenit” İdman Cəmiyyəti üzrə XXII Respublika spartakiadası başa çatıb. Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin yığma komandaları spartakiadada uğurla çıxış ediblər.
Müdafiə Sənayesi Nazirliyi (MSN) və Nazirliyin tabeli birlik və müəssisələrinin əməkdaşlarından təşkil olunmuş heyətlərdən voleybol, üzgüçülük və güllə atıcılığı komandaları bütün rəqiblərini geridə qoyaraq, birinci yerə layiq görülüblər.
Şahmat və kəndirdartma komandaları ikinci, stolüstü tennis, mini futbol və dama komandaları üçüncü yerlə kifayətləniblər.
Fərdi mübarizədə isə MSN-nin Milli Aerokosmik Agentliyinin əməkdaşı Aysel Əzizova üzgüçülük yarışında üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, spartakiadada aviasiya, elektroenergetika və elektrotexnika, müdafiə sənayesi, avtomobil nəqliyyatı və yol təsərrüfatı, metal işçiləri və metropoliten əməkdaşlarından ibarət yığma komandalar mübarizə aparıblar.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib