MSN-in üzgüçülük üzrə yığma komandası Respublika spartakiadasının qalibi olub
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) üzgüçülük üzrə yığma komandası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən keçirilən 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş XXII Respublika spartakiadasında (11 oktyabr - 23 noyabr) birinci yerə layiq görülüb.
AZAL İdman Kompleksinin üzgüçülük hovuzunda baş tutan yarışda Milli Aviasiya Akademiyası, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti, “Baku Steel Company” şirkəti və MSN-in yığma komandaları iştirak ediblər.
İdmançılar 50 metr məsafəyə sərbəst üsulla üzmə növündə mübarizə aparıblar.
MSN-in yığma komandasının üzvləri bütün rəqiblərini geridə qoyaraq yarışın qalibi olublar.
Nəzərinizə çatdıraq ki, spartakiadada uğurla iştirak edən Müdafiə Sənayesi Nazirliyinin yığma komandaları voleybol üzrə yarışda 1-ci, futbol və stolüstü tennis üzrə yarışlarda 3-cü, kəndir dartma üzrə yarışda isə 2-ci yerdə qərarlaşıblar.
MSN-nin komandaları spartakiada çərçivəsində nərd, dama, şahmat və güllə atıcılığı yarışlarında da mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 11-dən noyabrın 23-dək “Zenit” İdman Cəmiyyətinin xidməti sahəsinə daxil olan aviasiya, elektroenergetika və elektrotexnika, müdafiə sənayesi, avtomobil nəqliyyatı və yol təsərrüfatı, metal işçiləri, “Baku Steel Company” və metropoliten sahələri üzrə yığma komandalar arasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş XXII Respublika spartakiadası keçirir.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib