MSN-in minifutbol üzrə yığma komandası Respublika spartakiadasının qalibi olub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatlar arasında təşkil edilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika spartakiadası çərçivəsində minifutbol yarışı başa çatıb.
Milli Aviasiya Akademiyasının İdman Kompleksində keçirilən turnirin final qarşılaşması oktyabrın 17-də Şağan Olimpiya İdman Kompleksində baş tutub. Həlledici görüşdə Müdafiə Sənayesi Nazirliyinin (MSN) yığma komandası "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin komandası ilə üz-üzə gəlib. Oyunda 3:1 hesabı ilə qələbə qazanan MSN-in yığma komandası birinci yerə layiq görülüb.
Üçüncü yerdə isə Milli Aviasiya Akademiyasının yığması qərarlaşıb.
Qaliblərə kubok, diplomlar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 10 idman növü üzrə keçirilən spartakiadada müdafiə sənayesi, aviasiya, elektroenergetika və elektrotexnika, avtomobil nəqliyyatı və yol təsərrüfatı, metal işçiləri, “Baku Steel Company” və metropoliten sahələri üzrə yığma komandalar mübarizə aparırlar.
MSN-in idmançıları voleybol, stolüstü tennis, kəndirdartma, üzgüçülük, şahmat, dama, nərd, güllə atıcılığı yarışlarında da təmsil olunacaqlar.
Oktyabrın 11-dən start götürən yarışlar noyabrın 22-də başa çatacaq.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib