Milli Aerokosmik Agentliyinin 45 illiyi münasibətilə tədbir keçirilib
Milli Aerokosmik Agentliyinin yaradılmasının 45 illiyi və akademik Arif Mehdiyevin anadan olmasının 85 illiyi ilə əlaqədar tədbir keçirilib. Toplantıda Müdafiə Sənayesi Nazirliyinin və Müdafiə Nazirliyinin məsul əməkdaşları, Azərkosmos və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Milli Aerokosmik Agentliyinin inzibati binasındakı büstü önünə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov tədbiri giriş sözü ilə açaraq müəssisənin yaranma tarixindən, keçdiyi inkişaf yolundan və görkəmli akademik Arif Mehdiyevin həyatı və ictimai fəaliyyəti haqqında məlumat verib. Daha sonra Müdafiə Sənayesi naziri cənab Mədət Quliyevin təbrik məktubu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda əlamətdar yubiley münasibətilə İnstitutun əməkdaşlarına mükafatlar təqdim olunub.
Yubiley münasibətilə “Kosmos Uşaqların gözü ilə” mövzusunda keçirilmiş rəsm sərgisində fəal iştirak etmiş uşaqlar təşəkkürnamələrlə təltif olunublar.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib