Mədət Quliyev “Saha Expo-2022” sərgisi çərçivəsində İsmail Demir ilə görüşüb
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyədə keçirilən “Saha Expo-2022” Müdafiə və Aerokosmik sərgisində iştirak edir.
Oktyabrın 25-dən 28-dək İstanbul Sərgi Mərkəzində təşkil edilən mötəbər tədbirə 25-dən çox ölkədən 1000-ə yaxın yerli və xarici şirkətlər qatılıb.
M.Quliyev sərgi zamanı Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir ilə görüşüb.
Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, daha da genişləndirilməsi və maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Görüş konstruktiv və anlaşma şəraitində keçib.
Qeyd edək ki, sərgi zamanı müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib